Bakıda yaşayış binasında yanğın - sakinlər təxliyə edildi

 08:37 08.02.2024     265

Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində 1 ədəd qaz sayğacı və 1 m² sahədə yığılan məişət tullantıları yanıb.

FHN-dən Redaktor.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini tüstülənmiş sahədən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.