Yevlaxda ikimərtəbəli binada yanğın baş verdi

 09:05 08.02.2024     266

Yevlax şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzilin mətbəxində 1,5 m² sahədə mebel yanıb.

FHN-dən Redaktor.az-a verilən xəbərə görə, mətbəxin qalan hissəsi və ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.