Zaqataladakı qəzada xəsarət alan şagird Bakıya təxliyə edildi
Ötən gün Zaqatalada baş verən yol-nəqliyyatı hadisəsi nəticəsində xəsarət alan 2013-cü il təvəllüdlü azyaşlı İbrahim İbrahimzadə Bakıya gətirilib.
Redaktor.az "oxu.az"a istinadən xəbər verir ki, o bu gün səhər saatlarında paytaxtdakı xəstəxanaların birinə təxliyə olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, fevralın 8-də Zaqatalada baş verən-yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2013-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) bədənin çoxsaylı travması diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb:
“Vəziyyəti ağır olan xəstəyə müvafiq tibbi yardım göstərilib. Fevralın 9-da saat 05:30-da isə təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Vəziyyəti ağır qiymətləndirilir”.