Kürdəmir sakini buna görə anasının başını kəsib - ÖZƏL

 14:07 09.02.2024     1778

Xəbər verdiyimiz kimi, bu gün Kürdəmir rayonunda ağır cinayət hadisəsi baş verib.

Belə ki, Kürdəmir rayon Şıxımlı kənd sakini Aliyev İlham İsa oğlu əvvəlcə anası Əliyeva Nəsibə Soltanəli qızının başını kəsib, sonra isə qonşusu Şükürov Famil Oqtay oğlunu qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb.

Hadisənin təffərrüatı ilə bağlı Redaktor.az-a danışan Şıxımlı kənd bələdiyyə sədri Əmrah Calalov dedi ki, hadisəni törədən şəxs narkotik istifadəçisi olub:

"Anasının puluyla evdə yeyirdi, içirdi, yaşayırdı. Anasından satdığı yağın pulunu istəyib, anası isə verməyib. Buna görə də anasının başını kəsib. Daha sonra həyətə çıxaraq qonşunu bıçaqlayaraq öldürüb, səbəbsiz şəkildə. Hadisə yerindən uzaqlaşaraq "köhnə bazar" deyilən yerə gedib. Orada da daha bir şəxsi bıçaqlayıb, həmin şəxs hazırda xəstəxanadadır. Mən də hadisə yerindəyəm".

Humay İSGƏNDƏRLİ