Qətl törədilən məktəbin şagirdi intihar ETDİ

 16:13 09.02.2024     1044

Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bugün günorta saatlarında yaşadığı evdə özünə qəsd edərək intihar edib.

Redaktor.az xəbər verir ki, bu barədə Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Qeyd edək ki, ötən ay həmin məktəbin şagirdi məktəbli yoldaşını qətlə yetirib.