5 yaşlı uşaq eyvandan yıxılaraq ÖLDÜ

 16:44 09.02.2024     541

Bakının Sabunçu rayonunda 5 yaşlı uşaq eyvandan yıxılaraq ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

2019-cu il təvəllüdlü R.A. Şuşa şəhərciyində yerləşən çoxmərtəbəli binanın eyvanından yıxılaraq yerə düşüb. Azyaşlı aldığı xəsarətlərdən keçinib.

Fakt araşdırılır.