Bank kartından oğurluq edən qadın yaxalandı

 10:34 10.02.2024     393

Bakıda bank kartından oğurluq edən qadın saxlanılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 2-də paytaxt sakini olan bir nəfərin bank kartından 1500 manat pulunu oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.