Piyada zolağı olmayan yerdən keçdi - maşın vurdu

 12:52 10.02.2024     312

Yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı avtomobil vurub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Belə ki, hadisə Bakı-Sumqayıt şosesində qeydə alınıb.

Qəza səbəbindən Xırdalan dairəsi istiqamətində sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün tədbirlər görülür.