Bakı-Moskva reysi ilə uçan sərnişin ÖLDÜ

 15:34 10.02.2024     793

RusiyanınAeroflotaviaşirkətinə məxsusSu 1857təyyarəsində Bakı-Moskva reysi ilə uçan sərnişin Şeremetyevo hava limanında ölüb.

Redaktor.az xəbər verir ki, sərnişin tromb tıxanması nəticəsində dünyasını dəyişib.

Bildirilib ki, "Su-1857" təyyarəsi fevralın 6-da axşam saatlarında Bakıdan uçub. Təyyarə enən zaman Yuri Z. adlı sərnişin qəfildən özünü yaxşı hiss etməyib və boğulmağa başlayıb. Daha sonra huşunu itirib.

Məlumata görə, təcili yardım maşını B terminalının 178 saylı dayanacağına gələnə kimi sərnişin artıq ölmüş olub.