Şəmkirdə minik avtomobili aşdı, sürücü öldü

 21:01 10.02.2024     280

Şəmkirdə ölümlə nəticələm yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Opel" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü, 2004-cü il təvəllüdlü Elvin Bayramov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. (APA)