Ağsu sakini tüfəng atəşi ilə yaralandı
Ağsu rayon sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, Ağsu rayon sakini E.Ələkbərovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.
Araşdırma aparılır.