Göyçay rayonunda avtomobil piyadanı vuraraq öldürdü
![](https://img.redaktor.az/news/2024/02/photo_231440.jpg)
Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a bildirilib ki, fevralın 11-i saat 19 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində Famil Atakişiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yolu keçən piyada 1983-cü il təvəllüdlü Göyçək İsgəndərovanı vurub.
Piyada aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.