Neftçalada 18 yaşlı gənc dəm qazından boğularaq öldü

 23:02 11.02.2024     354

Neftçalada dəm qazından boğulma hadisəsi baş verib.

Redaktor.az "report"a istinadən xəbər verir ki, olay şəhərin M. Hadi küşəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü İsmayılova Səbinə Ramin qızı hamamda yuyunarkən dəm qazından zəhərlənib.

O, yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.