İtkin düşən şəxsin meyiti tapıldı

 15:51 12.02.2024     172

Sumqayıtda itkin düşən şəxsin meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, fevralın 4-də itkin düşdüyü bildirilən 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun meyiti Ceyranbatan bağları ərazisində kanalda aşkarlanıb.

Meyitin üzərində zorakılıq, xəsarət izi aşkarlanmayıb, aidiyyəti üzrə təhvil verilib.

Ailəsi onun öldürüldüyünü ehtimal edir.

Fakt araşdırılır.

Qeyd edək ki, Rüfət Abdullayevin itkin düşməsi barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sumqayıt sakini Rəvan Abdullayev 04.02.2024-cü il tarixində polisə məlumat verərək qardaşı 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun “BTZ” bağları ərazisində yerləşən kafelərdən birindən çıxaraq naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib.