Yevlaxda qəzada 7 nəfər xəsarət aldı

 18:14 12.02.2024     259

Yevlax rayonunda avtomobil qəzası olub, 2-si uşaq olmaqla 7 nəfər xəsarət alıb.

Redaktor.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.

Hadisə zamanı Ağcabədi rayon sakinləri - 1988-ci il təvəllüdlü Qurban Rəhimov, 1987-ci il təvəllüdlü Səfərova Nərmin, 1953-cü il təvəllüdlü Məmmədova Rahilə, 1978-ci il təvəllüdlü Qənbərov Çingiz, 2015-ci il təvəllüdlü Ə.Rəhimli, onun bacısı, 2013-cü il təvəllüdlü N.Rəhimzadə və daha bir nəfər xəsarət alıblar. Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.