Xaçmazda 23 yaşlı gənc göldə boğuldu

 19:24 12.02.2024     303

Xaçmazın Ağaverdi-oba kəndində bədbəxt hadisə baş verib.

Redaktor.az "report"a istinadən xəbər verir ki, rayon sakini, 2001-ci il təvəllüdlü Əliyev Fərid Rövşən oğlu Ağaverdi-oba kəndi ərazisində işlədiyi bağda gölə düşməsi nəticəsində göldə boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.