Sumqayıtda evdə partlayış olub, xəsarət alan var

 09:01 13.02.2024     258

Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində partlayış olub.

Redaktor.az xəbər verir ki, hadisə zamanı şəhər sakini, 2006-cı il təvəllüdlü Əlizadə İsmayıl Zabit oğlu termik yanıq xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.