Yasamalda bir evdən 2 nəfərin meyiti tapıldı
Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində 2 nəfərin meyiti aşkar olunub.
Baş Prokurorluqdan Redaktor.az-a bildirilib ki, faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Bildirilib ki, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılır.