Ağsu sakini canına qıydı

 16:19 16.02.2024     380

Ağsu rayonunda 29 yaşlı oğlan intihar edib.

Redaktor.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Səməndər Rzayev küçəsi, ev 11-də qeydə alınıb.

Belə ki, rayon sakini 1995-ci il təvəllüdlü Cahangir Vaqif oğlu Mikayılov özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.