Ödənişli yolda “protiv” sürdü, səbəbini polisə belə açıqladı

 20:46 16.02.2024     276

Bir neçə gün əvvəl ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət axınının əksinə avtomobil idarə edən şəxsin məsuliyyətə cəlb edilməsinə və bu kimi əməllərin ictimai qınaq obyektinə çevrilməsinə baxmayaraq, yenidən sosial mediada analoji qayda pozuntusunu əks etdirən videogörüntü yayılıb.

DİN-dən Redaktor.az-a bildirilib ki, Baş DYP İdarəsi tərəfindən aparılan araşdırma zamanı həmin şəxsin Xaçmaz rayon sakini Namiq Ağayev olduğu müəyyən edilib. 

“VAZ 2121” markalı, 27-BZ-071 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü törətdiyi əməli avtomobildə yaranmış nasazlıq səbəbindən yolda qalan ailə üzvünə köməklik göstərməyə tələsməsilə əsaslandırmağa çalışıb. Onun barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.