Göyçayda toy yasa döndü - Qonaqlardan ikisi ÖLDÜ

 09:48 17.02.2024     312

Göyçay rayonunda toya gələn qonaqlardan ikisi ölüb.

Redaktor.az xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Şahsoltanlı kənd sakini şənliyin keçirildiyi mərasim zalına çatan zaman özünü pis hiss edib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan Tünzalə Məhiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Ailə üzvlərinin sözlərinə görə, yaşlı qadın bir neçə ildir ürək xəstəliyindən müalicə alırmış.

Hadisədən bir neçə saat sonra eyni toya dəvət alan 37 yaşlı Vilayət Məmmədov mərasimdən çıxaraq evinə gedib, özünü pis hiss etdiyi üçün xəstəxanaya çatdırılıb.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq o xəstəxanada vəfat edib. İlkin ehtimala görə şəxs ürəktutmasından dünyasını dəyişib. (report)