Qazaxda avtomobil iki piyadanı vurdu

 21:33 17.02.2024     371

Qazax rayonunda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 2 nəfəri avtomobil vurub.

Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.