Hacıqabulda iki avtomobil toqquşdu: Yaralılar var

 21:06 18.02.2024     523

Hacıqabulda iki minik avtomobili toqquşub.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes-Benz” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində Saatlı rayonunun Qıraqlı kənd sakini, 1959-cu il təvəllüdlü Ağabəyim Mişdaba qızı Əhmədova ağır xəsarət alaraq Şirvan Rayon Xəstəxanasına yerləşdirilib.

Digər sərnişin yüngül xəsarət aldığından ambulator yardım alıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Vumart və Güvən reklamı Vumart Güvən