Şəmkirdə iki yeniyetmə dəm qazından zəhərləndi
![](https://img.redaktor.az/news/2024/02/photo_232196.jpg)
Şəmkir rayonunda bir gündə iki yeniyetmə dəm qazından zəhərlənib.
Redaktor.az xəbər verir ki, hadisələrdən biri Şəmkir rayon Göyməmmədli kəndində, digəri Çinarlı qəsəbəsində qeydə alınıb.
Belə ki, Göyməmmədli kənd sakini, 2009-cü il təvəllüdlü H. Cəfərova və Çinarlı qəsəbə sakini, 2009-cü il təvəllüdlü A.Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hər iki şəxs yaxınları tərəfindən xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır. (report)