Cəlilabadda birmərtəbəli ev tamamilə yandı

 22:58 18.02.2024     292

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Buna baxmayaraq ümumi sahəsi 100 kvadratmetrə yaxın olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.