Gəncədə itkin düşən ata və oğlu tapıldı

 09:34 19.02.2024     533

Gəncə şəhərində fevralın 12-də itkin düşən 1971-ci il təvəllüdlü Nəriman Süleyman oğlu Əliyev və oğlu, 2008-ci il təvəllüdlü Rəvan Nəriman oğlu Əlizadə tapılıblar.

Redaktor.az xəbər verir ki, onların yeri Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində müəyyənləşib.

N.Əliyev və R.Əlizadə Bakı şəhərində tapılıblar.

Vumart və Güvən reklamı Vumart Güvən