Azərbaycanda daha bir azyaşlı QIZILCADAN ÖLDÜ

 10:07 19.02.2024     468

Lənkəran rayonunda azyaşlı qız qızılcadan ölüb.

Redaktor.az xəbər verir ki, rayonun Veravul kənd sakini, 2018-ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. Zəruri yardımlar göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.