Goranboyda baş direktorun döyülməsi barədə DİN-dən AÇIQLAMA

 14:21 19.02.2024     367

Xəbər verdiyimiz kimi, Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir neçə şəxs tərəfindən döyülüb.

Redaktor.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə barədə polisə məlumat daxil olub:

“Daxil olan müraciət əsasında Goranboy Rayon Polis Şöbəsində ilkin araşdırma aparılıb. Daha sonra materiallar aidiyyəti üzrə Goranboy Rayon Prokurorluğuna göndərilib. Hazırda prokurorluqda araşdırmalar davam etdirilir”.

Vumart və Güvən reklamı Vumart Güvən