Bütün ailəsini öldürən Əhmədlə bağlı daha bir İDDİA - VİDEO

 16:51 19.02.2024     946

Bakıda ailəsinin beş üzvünü xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı yeni iddialar səsləndirilib. Belə ki, verilişlərin birinə zəng edən şəxs 4-5 il öncə Əhməd Əhmədov tərəfindən döyüldüyünü, pullarının və telefonunun oğurlandığını bildirib.

Redaktor.az xəbər verir ki, səsləndirilən iddialarla bağlı oxu.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, bu iddialar həqiqəti əks etdirmir: 

“İddialar araşdırılıb və təsdiqini tapmayıb. Həmin şəxslə əlaqə saxlanılıb və o, bildirib ki, onu kiməsə oxşadıb, əsaslı olaraq sübut təqdim etməyib”.

Qeyd edək ki, bu gün Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı “Space” TV-nin efirində yayımlanan “Gəl, danış” verilişində bir çox iddia səsləndirilib.

Belə ki, efirə telefon zəngi vasitəsilə qoşulan Nadir adlı şəxs Əhməd Əhmədovun illər əvvəl ona xəsarət yetirdiyini iddia edib:

“4-5 il bundan öncə Muşfiqabad qəsəbəsində Əhməddən saatı soruşmuşdum. O da məni boğmağa başladı. Mən yarım saat huşsuz vəziyyətdə qaldım. Həmin vaxt o, mənim cibimdəki pulları və telefonumu da götürmüşdü. O zaman Əhmədin 19-20 yaşları olardı. Yanında da başqa bir oğlan vardı”.

Daha ətraflı videoda: