Məktəbli qızların biabırçı görüntüləri ilə bağlı cinayət işi AÇILDI

 11:37 20.02.2024     1492

Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi başlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

"Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı. İstintaq hərəkətləri davam etdirilir", - o deyib.