Arvadını və azyaşlı qızını döyən şəxs SAXLANILDI

 11:48 20.02.2024     1344

Daxili İşlər Nazirliyi (DİN) kişinin arvadına və qızlarına şiddət göstərməsi barədə daha bir açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Redaktor.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülər araşdırılıb:

“Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.

 

Vumart və Güvən reklamı Vumart Güvən