Ombudsman da məsələni nəzarətə götürdü

 14:31 20.02.2024     340

Məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı yayılan videodakı zərərçəkənin valideynləri tərəfindən Ombudsman Aparatına müraciət daxil olmayıb. Buna baxmayaraq, məlumatın yayımlandığı ilk vaxtdan məsələ Ombudsmanın nəzarətinə götürülüb və aidiyyəti qurumlar qarşısında da məsələlər qaldırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

“Baş vermiş bu hadisə narahatedici və üzücü haldır. Bu cür halların baş verməsi, belə çəkilişlərin edilməsi ilə bağlı təəssüf hissi keçiririk. Təhsil müəssisələrində psixoloqlar tərəfindən psixoloji iş, məktəb-valideyn əlaqələri gücləndirilməli, valideynlər tərəfindən azyaşlıların təlim-tərbiyə prosesinə xüsusi diqqət göstərməlidir”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub.

Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlər Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləri olub.

Eyni zamanda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi başlanıb.