Biabırçı görüntülərlə bağlı yeni İDDİA: Nənə DANIŞDI...

 14:42 20.02.2024     361

"Nəvəm ona nəsə pis söz deyib. Sonra 3 qız yığışıb onu söhbətə çağırıblar. Hadisə zamanı yanlarında bir oğlan da olub. O da qızları ayırmayıb. Nəvəmin başına bu oyunu açıblar. Başına yumurta vurublar, saçlarını kəsiblər".

Redaktor.az xəbər verir ki, bu sözləri təhqir olunan qızın nənəsi Cəmilə Hacıyeva Baku TV-yə bildirib.

O əlavə edib ki, hadisədən sonra nəvəm evə qayıdanda heç kimə heç nə deməyib: "Biz sonradan bu hadisədən xəbər tutmuşuq. Nəvəmin başına oyun açanlar həm qohum, həm də qonşudurlar. Onun atası həmişə bizə gedib-gəlib. İki övladı var, ərköyün və Firondurlar. Başlarına nə gəlir edirlər. Həmin qızının bibisi Qala məktəində direktor işləyib. Həmin qız çox Firondur, onunla bacarmırlar".