Bakı-Sumqayıt yolunda sürücülər dava etdi

 09:45 21.02.2024     473

Bakıda sürücü küçədə döyülüb.

Redaktor.az metbuat.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunda baş verib.

19.02.2024-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesinin 9-cu km-də yerləşən "Azər Sity" marketin qarşısında Qasımov Pərviz Xosrov oğlu idarə etdiyi "KİA FORE" markalı avtomaşınla hərəkətkə olan zaman dövlət qeydiyyat nişanı bilinməyən, "VAZ 21015" markalı avtomobilin naməlum sürücüsü ilə yol verməmək üstündə yaranmış mübahisə zamanı daxilə nüfuz edən bədən xəsarəti alıb. P.Qasımov aldığı xəsarətlərdən KTM-ə yerləşdirilib.

Faktla bağlı Binəqədi RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.