Bakıda 16 yaşlı qızı anası evdən QOVDU

 12:47 21.02.2024     1106

Bakının Qaradağ rayonundakı Lökbatan qəsəbəsində 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan 16 yaşlı qızın anası onu evdən qovub. 

Redaktor.az xəbər verir ki, bu barədə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkələrdəki paylaşımında qeyd edib. 

Hüquq müdafiəçisinin sözlərinə görə, evdən qovulan qız müxtəlif ünvanlarda gecələməli olur. 

M.Zeynalova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Xidmətlər Agentliyini məsələni diqqətdə saxlamağa çağırıb. 

“Uşağın ailəsi ilə görüşüb vəziyyətin qiymətləndirilməsinə ehtiyac var», - o deyib. 

Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov bildirib ki, məsələ qurumun əməkdaşları tərəfindən diqqətə alınıb.