Ana olandan bir gün sonra öldü...

 14:48 21.02.2024     447

Ağdaş rayonunda yenicə ana olan qadın ölüb.

Redaktor.az “qafqazinfo”ya istinadən bildirir ki, rayonun Hapıtlı kənd sakini, 1991-ci il təvəllüdlü Mərdanova Nübar Qasım qızı Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirib.

Xəstəxanada saxlanılan qadının vəziyyəti 1 gün sonra kəskin pisləşib və o vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.