Azərbaycanlı kriminal avtoritet ABŞ-yə niyə ekstradisiya edildi? - YENİLƏNİB - FOTO
Çex Respublikası hakimiyyəti 2023-cü ilin yanvarında respublikada saxlanılan azərbaycanlı, kriminal avtoritet, Gürcüstan vətəndaşı Polad Ömərovu ABŞ-a ekstradisiya edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri - ABŞ-ın baş prokuroru Merrik Qarlandın yazılı bəyanatında deyilir.
Onun sözlərinə görə, keçən il ABŞ səlahiyyətliləri üç nəfəri "uzun müddətdir İran hökuməti tərəfindən təqib hədəfi olan ABŞ vətəndaşını öldürmək üçün sui-qəsddə" ittiham edib.
"İttihamlar irəli sürülən zaman onlardan ikisi ABŞ-də həbsdə idi və biz dedik ki, qanunun uzun qolu Amerika vətəndaşlarını təhdid etmək, susdurmaq və ya onlara zərər vermək istəyənləri tapıb mühakimə edəcək. Bu gün biz də məhz belə etdik. Üçüncüsü müttəhim Polad Ömərov İran əsilli ABŞ vətəndaşı olan jurnalist, yazıçı və hüquq müdafiəçisini Amerika ərazisində qətlə yetirməyə cəhddə ittiham olunmaq üçün ABŞ-yə ekstradisiya edilib”, - deyə nazir çex həmkarlarına təşəkkür edib.
Ömərovun ekstradisiyası prosesi ötən ilin iyulunda başlayıb. O, yanvar ayında beynəlxalq həbs qərarı əsasında Çex Respublikasında saxlanılıb və o vaxtdan həbsdədir. Onun həbsindən az sonra məlum olub ki, Amerika prokurorluğu Şərqi Avropa ölkələrindən olan üç kriminal rəhbərini ABŞ-də yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda İran hakimiyyəti ilə əlaqədə ittiham edib.
Turan İSMAYIL