Azərbaycanda tələbələr dəm qazından zəhərləndi

 09:45 22.02.2024     515

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələri dəm qazından zəhərləniblər.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə fevralın 21-dən 22-ə keçən gecə Şəki şəhəri Könül Qəhrəmənova küçəsindəki fərdi yaşayış evlərindən birində baş verib. Evdə kirayəçi kimi yaşayan 2006-cı il təvəllüdlü Rəvan Hətəmxan oğlu Xavəvi, 2005-ci il təvəllüdlü Kamil Qabil oğlu Məmmədli, 2005-ci il təvəllüdlü Ülvi Mirverdi oğlu Bəbirbəyli, 2003-cü il təvəllüdlü Musallif Qılman oğlu Bəşirov, 2006-cı il təvəllüdlü Emil Nuşiravan oğlu Məmmədov və 2002-ci il təvəllüdlü İmran Azadoviç Adimov dəm qazından zəhərlənmə əlamətləri ilə Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Dəm qazından zəhərlənən şəxslərə xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş olduğu üçün gecə saat 02:30-da evə buraxılıblar. Dəm qazından zəhərlənən şəxslərin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.