Anar Ələkbərov telefonda Kamilə nə deyib?

 11:01 22.02.2024     474

"Ən axırıncı dəfə, təşəkkür edirəm, Anar müəllim Ələkbərovla danışdım. Mənə dedi ki, bir problemin yoxdur ki? Bildirdim ki, yox, Anar müəllim. Söylədi ki, möhkəm ol, yanındayıq, dövlət yanındadır, işlər gedir, yaxşı olacaq, inşallah".

Redaktor.az demokrat.az-a istinadən xəbər verir ki, bunu fitnes məşqçisi Kamil Zeynallı Rusiyada saxlanılan zaman ən son Azərbaycandan kiminlə əlaqə saxladığı barədə danışarkən deyib.

"Anamla danışdım, möhkəm olmasını, ağlamamasını istədim. Ayıbdır, mən gedəcəyəm, inşallah, bir gün qayıdacağam. Fikrimdə qazilərimiz, şəhid analarıdır, deyirəm, onlar ağlayırlar ki, övladları şəhid olub, sən niyə ağlayasan?..", - deyən Kamil Zeynallı kövrəlib.