Bakıda restoranda yanğın söndürüldü, avtomobillərin hərəkəti bərpa olundu

 20:58 22.02.2024     332

Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

***

Bakıda restoranda yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, hadisə "Hyyat Regency" hoteli qarşısında baş verib.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Fövqəlada Hallar Nazirliyindən bildirilib ki, Nazirliyin "112"-i qaynar telefon xəttinə Yasamal rayonu, İzmir küçəsində restoranda yanğın baş verməsi ilə bağlı məlumat daxil olub və hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat keçirilir.