İsmayıllıda ağır qəza - Ölən var

 22:26 22.02.2024     270

Fevralın 22-i saat 18 radələrində İsmayıllı rayonunun Xanagah kəndi ərazisində “MAZ” markalı yük avtomobili ilə “Azsamand” markalı minik avtomobili toqquşub.

Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 34 yaşlı Nigar Bayramova aldığı xəsarətlərdən vəfat edib.

Araşdırma aparılır.