Qəzada ölən müəllimlərin FOTOSU

 17:17 23.02.2024     332

Xəbər verildiyi kimi, fevralın 22-də axşam saatlarında İsmayıllıda ağır yol qəzası baş verib.

Redaktor.az unikal-a istinadən xəbər verir ki, qəzada həlak olan 34 yaşlı Nigar Bayramova Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi olub. İsmayıllının Xanəgah kəndi ərazisində minik avtomobilinin yük avtomobilinə toqquşması nəticəsində xəsarət alan N.Bayramova dünyasını dəyişib.

Bundan başqa, fevralın 17-də Qazax rayonunun Qarapapaq kəndində avtomobilin vurduğu həmin kənddəki orta məktəbin ingilis dili müəllimi 1975-ci il təvəllüdlü Elmira Şıxlinski də xəstəxanada vəfat edib. Onunla birgə qəzada xəsarət alan şagird, 2007-ci il təvəllüdlü Rəqsanə Məmmədovanın müalicəsi davam etdirilir.