Ucarda mühafizəçi iş yerində ölü tapıldı
Ucar sakini iş yerində ölü tapılıb.
Redaktor.az xəbər verir ki, 1962-ci il təvəllüdlü Şakir Xasıyevin rayon ərazisində fəaliyyət göstərən sexin mühafizə otağında meyiti aşkarlanıb.
Şakir Xasıyevin 2 ilə yaxındır həmin sexdə çalışdığı bildirilir. O, özəl mühafizə fəaliyyəti ilə məşğul olub.
Faktla bağlı araşdırma aparılır. (APA)