Valideynlər dalaşdı, uşaq xəsarət aldı

 23:15 23.02.2024     554

Gəncədə ailə münaqişəsi zamanı 12 yaşlı yeniyetmə xəsarət alıb.

Redaktor.az "report"a istinadən xəbər verir ki, hadisə şəhərin Şahsevənlər küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 2012-ci il təvəllüdlü A.İ.-ova bud nahiyəsindən kəsici ailətlə xəsarət alıb. O, Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb.

Yaxınlarının dediyinə görə, hadisə ailə münaqişəsi zəminində qeydə alınıb. Belə ki, o, mübahisə edən ata-anasını ayırmaq istəyərkən atası əlindəki bıçaqla ehtiyatsızlıqdan ona xəsarət yetirib.

Yaralının vəziyyəti qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.