Lənkəranda avtomobil yandı

 19:12 24.02.2024     277

Lənkəranda avtomobil yanıb.

Redaktor.az xəbər verir ki, hadisə Vilvan kəndi ərazisində baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Simran Kamran oğlu Rufullayevə məxsus “Mercedes-Benz G180” markalı minik avtomobilinin mühərrik hissəsi anidən alışıb.

Hadisə yerinə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğının avtomobilin digər hissələrinnə keçməsinin qarşısı alınıb. (report)