Şəmkirdə avtomobil körpüdən aşdı, ölən və xəsarət alan var

 21:54 24.02.2024     300

Şəmkir rayonunda avtomobil qəzası olub, ölən və xəsarət alan var.

Redaktor.az xəbər verir ki, minik avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb.

Nəticədə bir nəfər hadisə yerində dünyasını dəyişib, 1989-cu il təvəllüdlü E.Qarayev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)