Biləsuvarda kafedə yanğın oldu

 20:08 25.02.2024     262

Biləsuvar şəhərində ümumi sahəsi 70 m² olan birmərtəbəli kafenin mətbəxində taxta konstruksiyadan ibarət arakəsmə divar 4 m² sahədə, 1 ədəd televizor və 1 ədəd masa yanıb.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.