Zaqatalada yaşayış evi yanır

 21:23 26.02.2024     225

Zaqatalada ikimərtəbəli, 9 otaqlı fərdi yaşayış evi yanıb.

Redaktor.az xəbər verir ki, yanğın hadisəsi saat 19:23-də rayonun Danaçı kəndində, kənd sakini Mohuma Məmməd oğlu Məmmədova məxsus, ümumi sahəsi 390 kv/m olan ikimərtəbəli, 9 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın məhdudladırılıb, söndürülmə işləri aparılır. İlkin məlumata görə, xəsarət alan olmayıb. (APA)