Tərtərdə ata və qızı BIÇAQLANDI

 21:36 26.02.2024     235

Tərtərdə bıçaqlanma hadisəsi olub.

Redaktor.az "report"a istinadən xəbər verir ki, rayon sakinləri, 27 yaşlı A.Mirzəyeva və onun atası 74 yaşlı Z.Əliyev mübahisə zəminində bıçaqlanıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Yaxınlarının dediyinə görə, hadisəni törətməkdə şübhəli bilinən qızın həyat yoldaşıdır.

Faktla bağlı araşdırma aparılır.