Gəncədə kişi arvadını və qayınatasını bıçaqladı

 22:16 26.02.2024     234

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki,hadisə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı Yeni qəsəbədə qeydə alınıb. 1974-cü il təvəllüdlü Zəfər Əliyev və onun qızı, 1997-ci il təvəllüdlü Ayşən Mirzəyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə ata ilə qızını ailənin kürəkəni bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.